Xəzər Xəbər

Müğənnilər vergidən yayına bilməyəcəklər - Konkret məbləğ olacaq

Mədəniyyət | 17:26 • 17 Noyabr 2015
Müğənnilər vergidən yayına bilməyəcəklər - Konkret məbləğ olacaq

“Azərbaycanda üç minə qədər şou-biznes nümayəndəsi var. Onlardan hal-hazırda vergi yıgılmır. Amma ictimaiyyətin dəstəyi ilə şou-biznes nümayəndələrindən vergi yığmaq mümkündür”

Bunu vergilər nazirinin I müavini Natiq Əmirov deyib.

Onun sözlərinə görə, əhali müğənniyə verdiyi pul barədə Vergilər Nazirliyinə məlumat versə, yaxşı olar: "Vergilər Nazirliyi bu rəqəmə istinadən şou-biznes nümayəndələrinə vergi müyyənləşdirə bilər. Amma yaxın gələcəkdə planda var ki, onlardan vergi yığmaq üçün bəlli bir rəqəm qoyulsun". 

Natiq Əmirov onu da əlavə edib ki, səyyar vergi yığımı dayandırılıb:"Dövriyyəsi 120 min manatdan az olan obyektlərin yoxlanılması dayandırılıb. Vergilər Nazirliyinə 77 min müraciət ərizəsi daxil olub. Onun 2 min 176-sı sikayət xarakterlidir”.

Xəbər lenti