Xəzər Xəbər

Türkan Şoray Bakıya gəlir

Mədəniyyət | 12:48 • 20 Noyabr 2015
Türkan Şoray Bakıya gəlir

Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray Bakıya gəlir.

Aktrisa rejissoru olduğu “Uzaklarda arama” adlı filmin təqdimat mərasiminə qatılacaq. Tədbir noyabrın 26-da Nizami Kino mərkəzində baş tutacaq. Filmdə aktrisanın qızı Yağmur Ünal da rol alıb.

Xatırladaq ki, bu, Türkan Şorayın Azərbaycana ilk səfəri deyil. 2012-ci ildə aktrisa Bakıya gələrək istedadlı və yaradıcı gənclərin II Respublika toplantısının rəsmi açılışında iştirak edib, gənclər üçün kino sənəti sahəsində ustad dərsləri keçib.

Xəbər lenti