Xəzər Xəbər

“Eurovision-2015”də Belarusu azərbaycanlı təmsil edəcək

Mədəniyyət | 18:01 • 21 Noyabr 2015
“Eurovision-2015”də Belarusu azərbaycanlı təmsil edəcək

Noyabrın 21-də Bolqarıstanın paytaxtında uşaqlar arasında “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Konsert saat 20:30-da (Bakı vaxtı ilə saat 22: 30-da) başlayacaq.

 AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Belarusda yaşayan həmvətənimiz Ruslan Aslanov “Sehr” mahnısı ilə onuncu çıxış edəcək.

Ekspertlərin fikrincə, Ruslan Aslanovun ilk üçlüyə daxil olmaq şansı var. Bununla belə, Belarus nümayəndə heyəti proqnoz vermək istəmir və qarşısına müsabiqədə layiqincə və qüsursuz çıxış etmək məqsədi qoyur.

Xəbər lenti