Xəzər Xəbər

Azərbaycan mədəniyyəti Şanxay festivalında

Mədəniyyət | 13:09 • 23 Noyabr 2015
Azərbaycan mədəniyyəti Şanxay festivalında

Şanxayda təhsil alan azərbaycanlı tələbələr Şərqi Çin Pedaqoji Universitetində təşkil olunan ənənəvi beynəlxalq mədəniyyət festivalında ölkəmizi uğurla təmsil ediblər.

Festivalın məqsədi müxtəlif ölkələrdən olan tələbələrin öz xalqlarının mədəniyyətini nümayiş etdirməklə mədəniyyət mübadiləsini təşviq etmək olub.

Şanxaydakı müxtəlif universitetlərdə təhsil alan tələbələrimiz Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə, ölkənin hazırkı inkişafına və turizm potensialına dair materiallar – kitablar, broşürlər, şəkillər, suvenirlər nümayiş etdiriblər. Bundan başqa, milli rəqslərimiz ifa olunub, mətbəximizin ləziz nümunələri təklif edilib.

Azərbaycan pavilyonunun təşkilatçıları Faiq Hacıyev, Rəna Abdullayeva və Zamir Qurbanov olub. (AZƏRTAC) 

Xəbər lenti