Xəzər Xəbər

Türkan Şoray Bakı səfərini təxirə saldı

Mədəniyyət | 14:03 • 25 Noyabr 2015
Türkan Şoray Bakı səfərini təxirə saldı

"Türk kinosunun sultanı" adlandırılan Türkan Şorayın Azərbaycan səfəri təxirə salınıb. Bu barədə Nizami kinoteatrından Lent.az-a verilən məlumatda deyilir. T. Şoray noyabrın 26-da "Nizami" kinoteatrında “Uzaqlarda arama” filminin qala-gecəsinə qatılmayacaq. Məşhur aktrisa işləri ilə əlaqədar olaraq azərbaycanlı pərəstişkarları ilə görüşə gələ bilməyəcəyini bildirib. Buna baxmayaraq film həmin gün nümayiş etdiriləcək. T. Şoraysa dekabrın 9-da Bakıya gələcək. Həmin kgün aktrisanın iştirakı ilə “Uzaqlarda arama” filminin qala-gecəsi keçiriləcək.

Xatırladaq ki, rejissorluğu Türkan Şoraya, ssenari müəllifliyi Onur Ünlüyə aid olan film dramatik komediya janrında  lentə alınıb. Rəsmi qərarla şəhər mərkəzindən qəsəbəyə köçürülən pavilyon qəsəbə sakinləri arasında təşvişə səbəb olur.  Ərlərinin pavilyona ayaq açmasından narahat olan qadınlar orada çalışan qadınlarla mücadiləyə başlayırlar. Amma qəsəbə kişilərinin əhvalı çox yerindədir...Heç kim hələlik  bilmir ki, bütün  bu həngamənin içində sonradan hamının şahid olacağı böyük eşq yaşanacaq.

Xəbər lenti