Xəzər Xəbər

Lahıcın mis sənəti UNESCO-nun siyahısına namizəddir

Mədəniyyət | 10:10 • 1 Dekabr 2015
Lahıcın mis sənəti UNESCO-nun siyahısına namizəddir

Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndinə məxsus mis məmulatları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əsas namizədlərdəndir. 

Siyahı qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin yığıncağında müəyyənləşdiriləcək. Müxtəlif ölkələrdən təqdim olunmuş 34 sənət nümunəsi arasında seçim aparılacaq.

Siyahıya Azərbaycanla yanaşı, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Portuqaliyaya aid sənət nümunələri təqdim olunub.

Xəbər lenti