Xəzər Xəbər

Övladınızın boy-buxunlu olmasını istəyirsinizsə…

Mədəniyyət | 18:32 • 1 Dekabr 2015
Övladınızın boy-buxunlu olmasını istəyirsinizsə…

Alimlər bildirir ki, boyun uzunluğu təkcə genetik faktorlarla əlaqədar deyil. Yəni, valideynləri balacaboy olan uşaq da hündürboy ola bilər, lakin bunun üçün bir neçə məsləhətə əməl etmək lazımdır.

Uşaqlarda boyun uzanmasına yardım edən vasitələri təqdim edirik:

Yuxu

Araşdırmalar göstərib ki, uşaqların və gənclərin on bir saat yuxuya ehtiyacı var. Bu yuxu ehtiyacı ödənildikdə orqanizm daha çox böyümə hormonu (HGH) istehsal edir. Uşağın yatdığı otaq tam qaranlıq olmalı, səssizlik təmin edilməlidir.

Qidalanma rejimi

Boyun uzanması üçün uşağın lazımi vitamin və mineralları qəbul etməsi əsas şərtlərdən biridir. Sümüklərin inkişafı üçün uşağın menyusunda bol miqdarda kalsium ehtiva edən qidalar yer almalıdır. Karbohidratla zəngin qidalar da menyuda xüsusi yer tutmalıdır. Çünki karbohidrat uşağa enerji verir. Uşaq həftənin ən azı dörd günü zülalla zəngin qidalar, o cümlədən, qırmızı ət, mərci və s. yeməlidir. Sink də boyun uzanmasına təsir edən minerallardan biri sayılır.

Güclü immunitet sistemi

İmmunitet sistemi zəif olan uşaq tez-tez xəstələnəcək. Təbii ki, bu vəziyyətdə uşağın boyunun sürətlə uzanmasından söhbət gedə bilməz. Odur ki, uşaqların və gənclərin rasionunda bol meyvə və tərəvəz olmalıdır. Meyvə və tərəvəzin çiy halda yeyilməsi məsləhətdir. Həmçinin, pendir, süd, fındıq yeyilməlidir.

İdman

İdman uşaq və gənclərin boyunun uzanmasına ən çox təsir edən vasitələrdən biridir. Unutmayın ki, 19 yaşdan sonra idman boyun uzanmasına təsir etmir. Odur ki, idmana vaxtında başlamaq lazımdır. Professional müəllimin müşayiəti ilə uşaq və gənclər gündə ən azı 1 saat yüngül idmanla məşğul olmalıdır.

Velosiped, üzgüçülük, basketbol kimi idman növləri boyun uzanmasına yardım edir./publika.az

Xəbər lenti