Xəzər Xəbər

Sosial yardımın forması dəyişdiriləcək

Mədəniyyət | 14:18 • 18 Dekabr 2015
Sosial yardımın forması dəyişdiriləcək

"Növbəti ildən Azərbaycanda ünvanlı sosial yardımın verilməsi forması dəyişdiriləcək".

Əmək Əhalinin Sosial Mudafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

S.Müslümov bildirib ki, artıq Bakının iki rayonunda ilk dəfə ünvanlı yardım masaları hazırlanıb: "Hazırda bu proseslərin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı hazırlanıb. Həmin proqram vasitəsi ilə avtomatlaşdırılmış şəkildə müraciətlərin qəbul olunması və müraciətlərə cavab verilmə məsələləri yerinə yetiriləcək. Bu prosesə biz növbəti ildə start verəcəyik. Bununla ünvanlı sosial yardımda sabit hüquq forması yaradılacaq". 

Xəbər lenti