Xəzər Xəbər

Muzeylərdə ixtisarlar başlayır

Mədəniyyət | 13:39 • 25 Dekabr 2015
Muzeylərdə ixtisarlar başlayır

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində gələn ildən muzeylərdə ixtisarlar olacaq.

Bunu bu gün keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, gələn il muzeylərdə də islahatların aparılması vacibdir: "Rayonlarda bəzi muzeylərin daxili mühiti o qədər səviyyəsizdir ki, həmin muzeyin olub-olmaması haqqında danışmağa dəyməz. Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə də ixtisarlar olacaq. Ancaq yaxşı təşkil olunmuş, real tarixi əks etdirən muzeyləri saxlayacağıq".

Ə.Qarayev əlavə edib ki, yerlərdə muzeylərin fəaliyyətinin gücləndirilməsi üçün səylər artırılmalıdır.

Nazir bu baxımdan muzeylərin təşəbbüskarlığının və muzeylərdə nizam-intizamın olmasını da vacib hesab edib.

Xəbər lenti