Xəzər Xəbər

Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

Mədəniyyət | 16:54 • 28 Dekabr 2015
Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 6 övladlığa götürmə faktı qeydə alınıb.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O bildirib ki, uşaqlar Amerika Birləşmiş Ştatları (1), Türkiyə (2) və Rusiya (3) vətəndaşlarına övladlığa verilib.

Qeyd edək ki, 2007-2014-cü illərdə 43 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib ki, onların arasında Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edib. 

Siyahıda Fransa, İsveçrə və azərbaycanlılarla ailə quran Türkiyə vətəndaşları da var. Afrika, Avstraliya və Asiya qitələrindəki ölkələrin vətəndaşlarından indiyədək övladlığa götürmə ilə bağlı müraciət daxil olmayıb.

Xəbər lenti