Xəzər Xəbər

Azərbaycanlı tenor dünya şöhrətli opera müğənnisi ilə ailə qurub

Mədəniyyət | 09:32 • 30 Dekabr 2015
Azərbaycanlı tenor dünya şöhrətli opera müğənnisi ilə ailə qurub

Dekabrın 29-da Vyanada azərbaycanlı tenor Yusif Eyvazovla dünya şöhrətli opera müğənnisi Anna Netrebkonun nikah mərasimi keçirilib.

Şəhərin mərkəzində yerləşən "Koburq" sarayında baş tutan mərasimdə 200-dən artıq qonaq, o cümlədən klassik musiqi səhnəsinin tanınmış simaları iştirak ediblər. Rusiyalı müğənni Filip Kirkorov nikah mərasimində şahid qismində iştirak edib.

2014-cü ildə Romada tanış olan və nişanlanan cütlüyün toy mərasimi "Lixtenştayn" sarayında davam edib.

Tanınmış opera müğənnisi Yusif Eyvazov Bakıda və Milanda klassik musiqi təhsili alıb, "La Skala" opera teatrının solisti kimi fəaliyyət göstərib.

Xəbər lenti