Xəzər Xəbər

Uşaqların göz rəngi niyə dəyişir?

Mədəniyyət | 15:11 • 3 Yanvar 2016
Uşaqların göz rəngi niyə dəyişir?

Bəzən uşaqlar mavi gözlü doğulsalar da, böyüdükcə qonur gözlü olurlar. Bunun səbəbi zaman ötdükcə gözdəki melanin piqmentinin çoxalmasıdır.

XəzərXəbər xəbər verir ki, dəri və saç rəngini müəyyənləşdirən piqment, eyni zamanda gözlərin də rəngini müəyyənləşdirir. İnsanlarda gözün, daha dəqiq desək, göz qişasının rəngi qəhvəyi melanin piqmenti ilə əlaqədar olaraq dəyişir. Melaninin səviyyəsi orta olan körpələr yaşıl və ala gözlü olurlar.

Uşaqların göz rəngi 9-cu ayınadək formalaşır. Lakin istisnalar da var. Bəzən bu müddət 3 yaşına qədər də davam edə bilər.

Göz rənginin dəyişilməsi başqa bir amillə də bağlıdır. Uşaqlar işığa göz əzələlərini hərəkət etdirərək, göz bəbəyini daraldıb-genişləndirərək reaksiya verirlər. Əzələlərin hüceyrələrə təzyiq göstərib genişlənməsi melanin piqmentinin dağılmasına və göz rənginin dəyişilməsinə səbəb olur.

 

Xəbər lenti