Xəzər Xəbər

“Azdrama”ya yeni direktor təyin olunub

Mədəniyyət | 11:35 • 6 Yanvar 2016
“Azdrama”ya yeni direktor təyin olunub

Azərbaycan Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə yeni təyinat olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş direktoru təyin olunub. İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb. 


Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın baş direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilə müddəti uzadılmayıb. (APA)

Xəbər lenti