Xəzər Xəbər

İstiqlal Muzeyi yeni layihə həyata keçirir

Mədəniyyət | 11:16 • 18 Yanvar 2016
İstiqlal Muzeyi yeni layihə həyata keçirir

Azərbaycan İstiqlal Muzeyi tərəfindən “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verilib.

Muzeydən bildirilib ki, bu layihə 211 Azərbaycan Milli Qəhrəmanının tanınması və onlar haqqında olan məlumatların yeniyetmə və gənclərə çatdırılması məqsədilə reallaşdırılır.

Layihə çərçivəsində il ərzində mütəmadi olaraq Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli orta məktəbdə, həmçinin Bakı şəhərində yerləşən digər məktəblərdə Milli Qəhrəmanlara həsr olunmuş silsilə tədbirlər keçirəcək və ilin sonunda İstiqlal Muzeyində bu mövzuya yekun vurulacaq.

Qeyd edək ki, adları Azərbaycan tarixinə əbədi həkk olunan Milli Qəhrəmanlarımızın 196-sı suverenliyimiz, dövlətçiliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verərək əbədiyyətə qovuşub, 15-i isə hazırda müxtəlif vəzifələrdə çalışır, Vətən qarşısında öz borclarını yenə də şərəflə yerinə yetirirlər.

Xəbər lenti