Xəzər Xəbər

Soyuq hava üz iflicinə səbəb ola bilər – DİQQƏT!

Mədəniyyət | 18:11 • 25 Yanvar 2016
Soyuq hava üz iflicinə səbəb ola bilər – DİQQƏT!

Qarlı havanın üz iflicinə səbəb ola biləcəyi açıqlanıb. Mütəxəssislər soyuq havalarda xüsusi tədbirlər görməyi tövsiyə edirlər.

XəzərXəbər üz iflicindən qorunmağın yollarını təqdim edir:

Üz iflici üz əzələlərindəki sinirlərin donması nəticəsində baş verir. Soyuq səbəbindən ağızda və üzün müxtəlif yerlərində əyilmə müşahidə edilə bilər. Həmçinin gözləri qapaya bilməmək, üzün bir tərəfindəki mimikaların azalması, göz yaşı və tüpürcəyin azalması, dadbilmə duyğusunun pozulması da üz iflicinin ilkin əlamətləridir.

Mütəxəssislər deyirlər ki, insan qışda nə qədər qalın geyinsə də, üz bölgəsi soyuq hava ilə birbaşa təmasda olur. Üz iflicinin qarşısını almaq üçün mütləq üzü soyuqdan qorumaq lazımdır. Bunun üçün şal və şarflardan istifadə etmək olar. Qış aylarında üzü yuyub birbaşa soyuğa çıxmaq olmaz. Yağışa düşdükdə mütləq sığınacaq tapmalı, islanmamağa çalışmalısınız.

Xəbər lenti