Xəzər Xəbər

Xalq artisti: "Arif Babayevi Ağdama aparacam"

Mədəniyyət | 11:19 • 2 Dekabr 2020
Xalq artisti: "Arif Babayevi Ağdama aparacam"


Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin koronavirusa da yoluxması ilə bağlı yayılan xəbərlər əsassızdır.


Bu barədə Xezerxeber.az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib.


Onun sözlərinə görə, Xalq artistinin səhhətində heç bir problem yoxdur:


"Dünən özü ilə danışmışam. Hər şey qaydasındadır. Koronavirusuna yoluxması da yalandır”.


Mənsum İbrahimov Xalq artisini rəsmi icazə olduqdan sonra Ağdama aparacağını qeyd edib.


Qeyd edək ki, 81 yaşlı Arif Babayev iki dəfə Türkiyədə əməliyyat olunub.


Sevinc Yasinqızı

Xəbər lenti