Xəzər Xəbər

Reza Deqati: Mədəni və dini irsə qarşı vandalizm qəbuledilməzdir - FOTO

Mədəniyyət | 16:07 • 30 Noyabr 2020
Reza Deqati: Mədəni və dini irsə qarşı vandalizm qəbuledilməzdir -

Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Fərqli qarşıdurmalarda bunun şahidi oldum. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.


Xezerxeber.az xəbər verir ki, bunu məşhur fotojurnalist Reza Deqati "facebook" səhifəsində yazıb. 


O qeyd edib ki, Ağdam rayonunun Qiyaslı kəndində 18-ci əsrə aid məscid otuz illik işğal zamanı inək saxlamaq üçün istifadə edilib: "Azərbaycanlılar məscidə baxış keçirən zaman nəcislə dolu idi. Bölgədən çıxmazdan əvvəl işğalçılar məscidi yandırıblar. Yenidənqurma və bərpa uzun bir vaxt alacaq". 


Atif 

Xəbər lenti