Xəzər Xəbər

Bakıda tarixi binanın fasadını boyayan sahibkar cəzalandırılıb

Mədəniyyət | 17:17 • 5 Noyabr 2020
Bakıda tarixi binanın fasadını boyayan sahibkar cəzalandırılıb

Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə məlumat yayılıb.


Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) xezerxeber.az-a bildiriblər ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.


BŞİH belə mənfi hallara yol verənlərə qarşı reaksiyalarına görə vətəndaşlara minnətdarlığını bildirib.

Xəbər lenti