Xəzər Xəbər

Ordubadda qədim abidələr aşkarlanıb

Mədəniyyət | 16:14 • 21 Oktyabr 2020
Ordubadda qədim abidələr aşkarlanıb

AMEA-nın Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası yeni qədim abidələr aşkarlayıb.


Akademiyadan xezerxeber.az-a verilən məlumata görə, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntı aparıb.


Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, son tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tuncdan hazırlanmış boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib.

Xəbər lenti