Xəzər Xəbər

Kişilər aliment vermək istəmir - PROBLEM

Mədəniyyət | 13:52 • 5 Fevral 2016
Kişilər aliment vermək istəmir - PROBLEM

XəzərXəbər xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyyə İbrahimova deyib. Onun sözlərinə görə, Dövlət Komitəsinə son on ildə 30 minə yaxın müraciət, 7 796 şikayət daxil olub. Şikayətlərdən 2 107-si məhkəmə qərarlarının icra olunmaması, 1 593-ü məişət zorakılığı, 1 284-ü inzibati orqanların fəaliyyəti ilə bağlı olub.

Şöbə müdiri əlavə edib ki, Dövlət Komitəsinə alimentlə bağlı məhkəmə q­ərarlarının icrasında yaranan problemlər­lə bağlı daha çox müra­ciət daxil olur: `İkinci sırada isə məiş­ət zorakılığı ilə bağlı müraciətlər gəli­r. Müraciətlərin təhlili göstərir ki, eyni problemlər qalmaqdadır`.

Xəbər lenti