Xəzər Xəbər

Ukraynada yaşayan soydaşımız afrikalı müğənni ilə “Sarı gəlin” mahnısını duet oxuyub

Mədəniyyət | 15:25 • 11 Sentyabr 2020
Ukraynada yaşayan soydaşımız afrikalı müğənni ilə “Sarı gəlin” mahnısını duet oxuyub

Ukraynada yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev nigeriyalı Anyanya Udongvo ilə Azərbaycanın milli musiqi incisi sayılan "Sarı gəlin” mahnısını duet oxuyub.


Ortaq duetin təşəbbüskarı afrikalı müğənni olub. Mahnı seçimini isə V.Nağıyev edib. Məqsəd "Sarı gəlin " xalq mahnısını dünya xalqlarına Azərbaycan musiqisi kimi təbliğ etməkdir. Ukrayna xalqına Azərbaycan musiqi mədəniyyətinin gözəlliyini və zənginliyini göstərmək vəzifəsi qoymuşdular.


Mahnının videoklipində isə rəqqas Oksana Rəsulovanın kompozisiyası da yer alıb. (AZƏRTAC)

Xəbər lenti