Xəzər Xəbər

İtaliyada oğurlanan rəsm əsəri Texas ştatında aşkarlanıb

Mədəniyyət | 13:14 • 4 Sentyabr 2020
İtaliyada oğurlanan rəsm əsəri Texas ştatında aşkarlanıb

Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) nümayəndələri ABŞ-ın Texas ştatında İtaliyadakı abbatlıqdan oğurlanan XIX əsrə aid rəsm əsərini aşkarlayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Dallas şəhərində aşkarlanan rəsm əsəri 2002-ci ildə İtaliyanın şimal-şərqində yerləşən Sesto-al-Regena kommunasındakı Santa-Mariya-in-Silvis abbatlığından oğurlanıb.


Hakimiyyət orqanlarının məlumatına görə, söhbət italiyalı rəssam Cüzeppe Pappininin 1851-ci ildə çəkdiyi "Müqəddəs Məryəmin ucalması” adlı rəsm əsərindən gedir.


Milli Təhlükəsizlik Məsələləri üzrə Gömrük Xidmətinin Dallas şöbəsi sənət əsərini 2019-cu ildə Roma şəhərindəki nümayəndəsinin göndərdiyi məlumatlar sayəsində izləyə bilib. Agentlər rəsmin 2015-ci ildə Dallasda yaşayan və onun oğurluq olduğunu bilməyən kolleksiyaçı tərəfindən satın alındığını müəyyən edib.


Kolleksiyaçı rəsmin oğurluq olduğunu bildikdən sonra İtaliyadakı monastıra qaytarılması üçün onu könüllü olaraq polisə təhvil verib.

Xəbər lenti