Xəzər Xəbər

Yeni doğulan körpəni necə çimizdirməli? - 10 SUAL

Mədəniyyət | 16:30 • 8 Fevral 2016
Yeni doğulan körpəni necə çimizdirməli? - 10 SUAL

Türkiyəli uşaq həkimi Zərminə Böyükkeçəçi uşağın hamamlanması haqqında bütün anaları maraqlandıran 10 suala cavab verib.

 

 

 

1. Körpəni doğulduqdan neçə gün sonra çimizdirmək olar?

 

- Uşaq doğulan kimi çimizdirilməlidir.

 

 

 

2. Körpənin göbəyi düşməmiş onu çimizdirmək olarmı?

 

- Bəli, olar.

 

 

 

3. Çimizdirən zamanı uşağı necə tutmaq lazımdır?

 

- Uşaq uzanırmış kimi olmalıdır, başı yuxarı, sol əl ənsənin altında, vannanın içinə sürüşməyən bir material qoyub körpənin yanını onun üstünə oturdurmuş kimi çimizdirmək lazımdır.

 

 

 

4. Suyun istiliyi necə olmalıdır?

 

- Körpəni çimizdirdiyiniz suyun hərarəti 36 dərəcə olmalıdır. Termometr yoxdursa, suyun istiliyini dirsəyinizlə yoxlaya bilərsiniz.

 

 

 

5. Otağın istiliyi hansı hərarətdə olmalıdır?

 

- Otağı istiliyi normal geyim hərarətində necə olmalıdırsa, körpə eyni istilikdə çimizdirilməlidir. 22-23 dərəcə ideal hərarətdir, otağı çox isitməyə ehtiyac yoxdur.

 

 

 

6. Çimmə müddəti nə qədər davam etməlidir?

 

- Körpələr ana qarnında olan zaman suyun içərisində olduqları üçün suyu sevirlər. Əgər uşağınız onu çimizdirən zaman narahat olmursa, əksinə, xoşuna gəlirsə, onu 15 dəqiqəyədək çimizdirə bilərsiniz.

 

 

 

7. Körpəni çimizdirən zaman o ac olmalıdır, yoxsa tox?

 

- Uşağın qarnı tox olarsa, çimən zaman qusa bilər. Ona görə də uşağın ac qarnına çimizdirilməsi arzuediləndir.

 

 

 

8. Səhər, yoxsa axşam çimizdirmək lazımdır?

 

- Əsasən rahat yatsın deyə axşam çimizdirmək məsləhətdir.

 

 

 

9. Qulağına su getməsin deyə nələrə diqqət etmək lazımdır?

 

- Yetkin bir insanın duş altında olan zaman qulağına su getmə ehtimalı nə qədər azdırsa uşaq üçün də o qədərdir. Çünki uşağın qulaq quruluşunun yetkin insanlardan heç bir fərqi yoxdur.

 

 

 

10. Hər dəfə çiməndən sonra uşağın dərisinə qulluq etmək vacibdirmi?

 

- Körpənin dərisinə nəmləndirici vasitələr çəkilsə yaxşı olar. Çünki uşaq dərisi nəmləndiricini sevir.

 

Xəbər lenti