Xəzər Xəbər

"Kurtlar vadisi"nin aktyoru vəfat edib

Mədəniyyət | 13:27 • 1 Sentyabr 2020
"Kurtlar vadisi"nin aktyoru vəfat edib

Məşhur türkiyəli aktyor Haldun Boysan vəfat edib.


62 yaşlı aktyor serial çəkilişləri üçün getdiyi Nevşehir şəhərində hoteldə ürək tutması nəticəsində həyatını itirib.


Aktyoru təcili yardımla xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, H.Boysan "Kurtlar vadisi” serialında Tombalacı rolu ilə məşhurluq qazanıb.

Xəbər lenti