Xəzər Xəbər

İsraildə Abbasilər dövrünə aid qızıl sikkələr tapılıb

Mədəniyyət | 17:19 • 24 Avqust 2020
İsraildə Abbasilər dövrünə aid qızıl sikkələr tapılıb

İsrailin Yavnə şəhərinin yaxınlığında arxeoloqların apardıqları qazıntılar zamanı erkən İslam dövrünə aid olan qızıl sikkələr tapılıb.


İsrailli arxeoloqlar Liat Nadav-Zit və Elie Həddad jurnalistlərə açıqlama verərək tapılmış 425 ədəd qızıl sikkənin min il əvvələ - Abbasilər dövrünə aid olduğunu bildiriblər. Numizmatika üzrə ekspert Robert Kol əlavə edib ki, bu sikkələrin IX əsrdə - Abbasilər sülaləsinin Yaxın Şərq və Şimali Afrikanın böyük bir ərazisini nəzarəti altına aldığı illərdə zərb edildiyi ehtimal olunur.


Arxeoloqlar vurğulayıblar ki, yeni tapıntı İsrail ərazisində aşkar edilən ən böyük qədim xəzinələrindən biridir. Ən çox qızıl sikkə isə 2015-ci ildə İsrailin Aralıq dənizi sahilində yerləşən Qeysəriyyə liman şəhərində tapılıb. Belə ki, 2 min qızıl sikkədən ibarət olan bu xəzinə X əsrdə - Fatimilər dövründə zərb edilib. (AZƏRTAC)

Xəbər lenti