Xəzər Xəbər

İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

Mədəniyyət | 11:35 • 17 Fevral 2016
İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb.

Fənni Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir. Universitetdə bu fənnin tədrisi üçün əlverişli şərait yaradılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, mütəxəssis bakalavr səviyyəsində təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış edəcək.

Xəbər lenti