Xəzər Xəbər

40 il əvvəl tapılan qədim küp hələ də istifadəyə yararlıdır

Mədəniyyət | 11:48 • 17 Fevral 2016
40 il əvvəl tapılan qədim küp hələ də istifadəyə yararlıdır

Tovuzun Hacallı kənd sakini Habil Əhmədov hələ 40 il bundan qabaq həyətində mal-qara üçün tövlənin qazıntı işləri zamanı böyük küp tapıb. Kəndlilər onun daş-qaşla dolu olduğunu zənn etsələr də, içərisindən heyvan sümükləri çıxıb. Habil Əhmədov qədim küpü bu günədək qoruyub saxlayır. Kənd ağsaqalları küp tapılan həmin ərazinin qədim yurd yeri olduğunu bildirirlər.

Habil Əhmədov AZƏRTAC-a bildirib ki, küpdən buğda, un və digər məhsulları saxlamaq üçün istifadə edir və istifadəyə tam yararlıdır.

Yerli sakinlər kəndin digər ərazilərindən kiçik qədim əşyalar tapıldığını, yerin altından çıxarılan zaman isə qırıldığını desələr də, 40 il öncə aşkarlanan böyük küpün hələ də istifadəyə yararlı olması maraq doğurur.

Qeyd edək ki, Tovuzun Yuxarı Öysüzlü, Hacallı, Əlibəyli kəndlərində müxtəlif vaxtlarda bu cür qədim əşyalar aşkarlanıb. Bu səbəbdən yerli sakinlər ərazinin geniş təqdiqata ehtiyac olduğunu bildirirlər.

Xəbər lenti