Xəzər Xəbər

Körpəniz bu saatlarda ağlayırsa, diqqətli olun!

Mədəniyyət | 11:57 • 21 Fevral 2016
Körpəniz bu saatlarda ağlayırsa, diqqətli olun!
Kolik – sağlam bir uşağın gündə 3 saat civarında, həftədə ən azı 3 gün və təxminən 3-6 həftə davam edən, səbəbi məlum olmayan və ailəni narahat edən səviyyədə periodik ağlamasıdır. Türkiyəli pediatr Murat Çağların kolik haqda fikirləri ilə sizi də tanış edirik.

 

Səbəbi bilinmir

 

Kolik körpələr xüsusən də axşam vaxtlarında narahat olmağa başlayırlar. Axşam olduqda isə bu narahatlıq yerini ağlamağa verir. Gecə yarısına qədər davam edən bu sıxıcı vəziyyət körpənin gec saatlarda yatmasına səbəb olur. Əsasən üzdə qızarma, ayaqlarını qarnına çəkmə ilə birlikdə çığırmaqla ağlama başlayır və bəzən fasilə verməklə 2-3 saat davam edir. Qazını çıxarmaqla ağrı yüngülləşə bilər. Kolik əsasən uşaq dünyaya gəldiyi 2-3-cü həftələrdə başlayır, 6-cı həftədə şiddətlənir və 3-4-cü ayında öz-özünə dayanır. Koliyin səbəbi konkret olaraq bilinmir. Lakin buna baxmayaraq, həzm sistemi, psixoloji və nevroloji səbəblər də göstərilə bilər.

 

 

Əmərkən körpənin qaz udmaması üçün nələrə diqqət etmək lazımdır?

 

 

Qaz sancısı istər ana südü, istərsə də süni uşaq qidası ilə qidalanan uşaqlarda baş verə bilər. Körpələrin əmən zaman qaz udmasının əsas səbəblərindən biri qidalanmanın düzgün olmayan qaydada aparılmasıdır.

 

Körpə ana südü əmirsə, döşün ucunu bütünlüklə ağzına salmalıdır və onun tez-tez əmməsinə mane olmaq lazımdır. Əgər uşaq əmziklə qidalanırsa, əmziklə ağız arasında hava uda bilməsi üçün yer qalmamalıdır. Bundan başqa, uşağa istədiyiniz vaxt yemək vermək olmaz. Yeməyin vaxtı olmalıdır. Körpə dik olaraq ananın sinəsinə dayanaraq tutulmalı, mədədə yığılan havanın xaric olunmasına şərait yaradılmalıdır.

 

Kolikin müalicəsi

 

Təəssüf ki, koliyin müalicəsi yoxdur. Lakin bununla yanaşı, ağır kolik olan körpələrin gələcəkdə həzm sistemində və şəxsiyyət baxımından problemlər yaşayacağını təxmin etmək olar. Narahatlıq, yuxu problemi, həzmsizlik və spesifik kolon xəstəliyi çox yayılıb. Kolik olan uşağı rahat etmək üçün qucağa alın, ona güvən hissi verin, münasibət qurun. Ritmlə yelləyin. Bəzi uşaqları yuxarı-aşağı yellədikdə sakitləşir. Maşınla qısa gəzintiyə də apara bilərsiniz. İsti hamam, razyana, çobanyastığı və anason çayı da içirtmək olar.  

 

Xəbər lenti