Xəzər Xəbər

Əgər uşaq televizor qarşısından qalxmaq istəmirsə...

Mədəniyyət | 13:36 • 21 Fevral 2016
Əgər uşaq televizor qarşısından qalxmaq istəmirsə...

Hər şeydən əvvəl bir uşağın nə üçün saatlarla televizor qarşısında oturduğunu araşdıraq. Uşaqların məntiqləri və istəkləri əsasən bir istiqamətdə formalaşır. Bir işi görmək istəyirlərsə, o işin xeyirli və ya ziyanlı olduğunu dərk edə bilmirlər.

 

Buna görə də, uşaqlar əsasən onları maraqlandıran şeylərə üstünlük verirlər. Əgər uşaq televizor qarşısından qalxmaq istəmirsə, deməli, onu maraqlandıran başqa alternativ yoxdur.

 

Buna görə də, hər bir valideyn evindəki şəraiti nəzərdən keçirməli və uşaqlarına bu alternativləri təqdim etməlidir. Unutmayın ki, burada əsas rolu uşağın hissləri oynamalıdır. Çünki sizin üçün maraqlı olan bir şey uşağınız üçün maraqlı olmaya da bilər. Bundan başqa, televizor uşaqlar üçün passiv ünsiyyət vasitəsidir.

 

Televizordakılarla birbaşa ünsiyyətdə olmasalar da, uşaqlar burada müxtəlif ünsiyyət modellərinə şahid olurlar. Bu da uşağın ünsiyyətə ehtiyacı olduğunu göstərir. Yəni, uşaq valideyni ilə kifayət qədər ünsiyyətdə olsa, televizora daha az ehtiyac hiss edər. Buna görə də, sizin də televizora meyilli uşağınız varsa, ona daha çox vaxt ayırmağa çalışın. Vaxt keçdikcə uşağınızın televizora marağının azalacağını görəcəksiniz.

 

"Zaman Azərbaycan"

Xəbər lenti