Xəzər Xəbər

Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə

Mədəniyyət | 16:26 • 23 Dekabr 2016
Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
“Balaca şahzadə” (fransızca “Le Petit Prince”) Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayəsidir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. “Balaca şahzadə”nin hər nə qədər uşaqlar üçün yazıldığı zənn edilsə də, bütün dünyanın yetkin insanlarına hədiyyə edilmiş kitabdır. Bu kitab bizə çoxdan unutduğumuz dəyərləri geri qazanmağa kömək edəcək. “Balaca şahzadə” kitabından seçilmiş 25 ən dəyərli və təsirli sözü təqdim edirik.

 

- Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır.

- Əgər kəpənəkləri tanımaq istəyiriksə, bir neçə tırtıla dözmək lazımdır.

- Özün özünü mühakimə et. Ən çətini budur. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Özünü ədalətlə mühakimə edə bilsən, deməli, həqiqətən müdrik adamsan.

- Sənə aid olanı bu qədər əhəmiyyətli edən, onun üçün xərclədiyin zamandır.

- Günəşin qürub etməsini də gözləmək lazımdır.

- Təkcə uşaqlar nə axtardıqlarını bilirlər.

- İnsanların artıq heç bir şeyi dərk etməyə vaxtları yoxdur. Onlar hər şeyi tacirlərdən satın alırlar. Amma dost satan tacir olmadığı üçün artıq insanların dostları yoxdur.

- Heç kimdə olmayan ulduzlara sahib ol.

- Heç bir şey mükəmməl deyil. Eynilə balaca şahzadə ilə rastlaşmamış bir dünya kimi.

- İnsanlar xəyal qurmaqdan məhrumdurlar. Onlar yalnız özlərinə deyilənləri təkrar edərlər. Mən ciddi  adamam! Mən ciddi adamam! Mən çox ciddi adamam!

- Yəqin ulduzlar ona görə parıldayır ki, hamı əvvəl-axır özününkünü tapa bilsin. 

- Özünü bəyənmişlər təriflərdən başqa heç nə eşitməzlər.

- Belə bir dəyişməz qayda var: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

- Mənim sirrim budur, o çox sadədir: iti görən, ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.

- Ancaq və ancaq düz getsən, uzağa gedə bilməyəcəksən.

- Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxulamaq lazımdır. 

- Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil.

- Bilirsənmi səhra niyə gözəldir? Onun harasındasa bir neçə çeşmə gizlənib.

- Hər kəsə, ancaq bacardığı işi tapşırmaq lazımdır. Hakimiyyət ilk növbədə ağılla idarə edilməlidir. 

- Bir halda ki, nəsə haqqında sual vermisən, o zaman cavab almayınca əl çəkmə.

- Bütün yollar insana aparır. 

- Yaxşı ki, dostun var, qoy hətta buna görə ölüm də olsun. 

- Öz əməllərində yaşayırsan, bədənində deyil. Sən öz davranışlarınsan, başqa sən yoxdur.

- Gözlər kordur. Ürəklə axtarmaq lazımdır.

- Böyüklərin hamısı bir uşaqdır. Amma onların çox azı bunu bilir. /faktxəbər

 

Xəbər lenti