Xəzər Xəbər

Xalq artisti Rauf Babayev dəfn edilib

Mədəniyyət | 18:03 • 27 Mart 2020
Xalq artisti Rauf Babayev dəfn edilib

Martın 27-də "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Rauf Babayevin İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, mərhumun məzarı önünə əklillər qoyulub, qərənfillər düzülüb.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə Rauf Babayevin həyat və fəaliyyəti haqqında çıxış ediblər. Həmçinin bildirilib ki, mövcud vəziyyətlə əlaqədar çoxları dəfn mərasimə qatıla bilməyib. Lakin onun dostları və musiqisevərlər Rauf Babayevi düşünür, qəlbən kədərlənirlər. 

Xəbər lenti