Xəzər Xəbər

“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib

Mədəniyyət | 12:41 • 27 Mart 2020
 “Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib

"Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

İ. Hümbətov R. Babayevin II Fəxri xiyabanda dəfn ediləcəyini deyib. Dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçiriləcək.

Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamalarını tövsiyyə edir.

Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə anadan olub. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi.

Xəbər lenti