Xəzər Xəbər

Gününü kompüter qarşısında keçirənlər üçün – MƏSLƏHƏTLƏR

Mədəniyyət | 18:58 • 2 Mart 2016
Gününü kompüter qarşısında keçirənlər üçün – MƏSLƏHƏTLƏR

Bir çox ofis işçisi günün 7-8 saatını kompüter qarşısında keçirməli olur. Bu isə sağlamlıq üçün olduqca təhlükəlidir.

 

XəzərXəbər-in təqdim etdiyi məsləhətlər daha sağlam həyat tərzi yaşamağınıza kömək olacaq.

 

1. İş stolunu özünə uyğunlaşdır

 

Gözlərinin, boynunun və onurğanın gücə düşməməsi üçün kompüterin durduğu yer əhəmiyyət daşıyır. Kompüterə yuxarıdan baxmamalısınız. Bu boyun və kürək ağrılarına səbəb ola bilər. Kompüterin ekranı həddən artıq yuxarıda dayananda isə göz quruluğu meydana gələcək.

 

2. Su iç

Su içmək sağlamlıq üçün çox əhəmiyyətlidir. Ancaq ofisdə su içməyin digər üstünlüyü də odur ki, tez-tez su içməyiniz mütəmadi ayaqyoluna getməyinizə səbəb olacaq. Nəticədə, yerinizdən tez-tez qalxacaq, beləcə, hərəkət etmiş olacaqsınız.  

 

3. 1 saatdan bir 5-10 dəqiqəlik fasilə

Telefonunuzda saatı 1 saatdan bir çalması üçün qurun. Hər saatbaşı qalxıb 5-10 dəqiqə yeriyin.

 

4. Liftdən imtina et

Liftdən imtina edin və pilləkənlərlə qalxıb-düşün. Ancaq bu, ofisi həddən artıq yüksək mərtəbələrdə yerləşənlər üçün keçərli deyil. Məsələn, ofisiniz 10-cu mərtəbədədirsə, 5 mərtəbəni piyada, 5-ni isə liftlə qalxa bilərsiniz.

 

Ofisə avtomobillə gedirsinizsə, onu ofisə uzaq yerdə park edin və iş yerinizə piyada yeriyin.

 

5. Gözlərə istirahət ver

Kompüter gözləri qurudur və zəiflədir. Ona görə də, tez-tez gözə istirahət verilməlidir. Hər yarım saatdan bir 5 dəqiqə fasilə vermək, uzaq məsafəyə baxmaq lazımdır.

 

6. Böyük şriftlər

Şrift kiçik olduqda gözü daha tez yorur. Üstəlik, baş ağrısına və çəpliyə də səbəb ola bilir. Bu səbəbdən, böyük şriftlərdən istifadə et.(publika.az)

Xəbər lenti