Xəzər Xəbər

Vidadi Muradov "Şöhrət" ordeni ilə təltif edildi

Mədəniyyət | 18:58 • 7 Mart 2016
Vidadi Muradov "Şöhrət" ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vidadi Aydın oğlu Muradovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Xəzər Xəbər"in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda xalçaçılıq sənətinin inkişafında xidmətlərinə görə Vidadi Aydın oğlu Muradov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xəbər lenti