Xəzər Xəbər

Məşhur rəssam Salvador Dalinin ondan çox rəsm əsəri oğurlanıb

Mədəniyyət | 17:02 • 30 Yanvar 2020
Məşhur rəssam Salvador Dalinin ondan çox rəsm əsəri oğurlanıb

Məşhur rəssam Salvador Dalinin ondan çox rəsm əsəri Stokholmun mərkəzində yerləşən Couleur qalereyasından oğurlanıb.


AZƏRTAC xəbər verir ki, hadisə cümə axşamı Stokholmun mərkəzi Estermalm rayonunda baş verib. Yayılan məlumatlara əsasən, qalereyaya daxil olan oğrular burada olan təhlükəsizlik sistemlərini söndürərək, rəsm əsərlərini oğurlayıb.


Qalereyadan verilən məlumatlara görə, oğurlanan əsərlərin dəyəri yüz minlərlə avro ilə ölçülür.


Oğurluq hadisəsi ilə bağlı İsveç polisi istintaqa başlayıb. Polis məxfiliyi əsas gətirərək, hadisənin təfərrüatları barədə əlavə məlumat verməyib.

Xəbər lenti