Xəzər Xəbər

Qızlar üçün "İlaxır çərşənbə" falları

Mədəniyyət | 17:07 • 15 Mart 2016
Qızlar üçün "İlaxır çərşənbə" falları

Çərşənbə axşamına aid olan falların bir neçəsini təqdim edirik.

 

Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.

 

Axır çərşənbədə niyyət tutub gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

 

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Evə yaxınlaşdıqda əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

 

Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Buna görə də, çərşənbə axşamı yalnız yaxşı sözlər danışmaq adətdir. Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, "söndü”, "viran qalsın” kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

 

Axır çərşənbə axşamı bulaqdan, yaxud çaydan axar sudan "lal su” gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).

 

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

 

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışıb.

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

 

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz (men 100% qorxacam:).

 

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4il üçündür.(axşam.az)

Xəbər lenti