Xəzər Xəbər

Milli mətbəximizə xas məhsullar - Ermənistan adı ilə satılır

Mədəniyyət | 17:36 • 17 Mart 2016
Milli mətbəximizə xas məhsullar - Ermənistan adı ilə satılır

Milli mətbəximizə aid olan bəzi qida məhsullarının üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu göstərilir, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur.

XəzərXəbər xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi ölkələrinin ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.

Belə ki, ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur.

Beynəlxalq hüquq və ticarət qaydalarının kobud şəkildə pozulması hallarını müəyyənləşdirən Dövlət Gömrük Komitəsi qeyri-qanuni əməllərin qarşısının alınması və həmin malların idxalına yol verilməməsi məqsədilə aidiyyəti qurumların qarşısında məsələ qaldırıb.

Milli mətbəximizə aid olan bəzi qida məhsullarının üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu göstərilir, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi ölkələrinin ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.

Xəbər lenti