Xəzər Xəbər

Bakının tarixi memarlıq nümunələri polşalı oxuculara tanıdılır

Mədəniyyət | 13:43 • 24 Noyabr 2019
Bakının tarixi memarlıq nümunələri polşalı oxuculara tanıdılır

Polşanın mədəniyyət xəbərləri hazırlayan polonika.pl portalında Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi tarixi bina barədə məqalə yer alıb.


AZƏRTAC xəbər verir ki, məqalədə polşalı memar Yozef Qoslavskinin əsəri olan bu bina onun yaradıcılığının şah əsərlərindən sayılır. Bakıda işlədiyi müddətdə 12 binanın inşasına rəhbərlik etmiş polşalı memarın və onu istiqamətləndirən mesenat Hacı Zeynalabdin Tağıyevin sayəsində şəhər Avropanın ən gözəl memarlıq nümunəsinə çevrilib. Onun rəhbərliyi altında daha dörd həmvətəni çalışıb.


Məqalədə Qoslavskinin memarı olduğu binaların quruluşları və üslubları barədə də məlumat verilir. Sözügedən binanın son halını istedadlı memar görə bilməyib və onun işini şagirdi Kazimej Skoreviç bitirib.


Məqalədə həmçinin XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda yaşayan polyaklardan da söhbət açılır. Qeyd olunur ki, onlar əsasən bura iş üçün gəlmiş memarlar, mühəndislər və həkimlər idi.

Xəbər lenti