Xəzər Xəbər

Novruz bayramı - BMT-də

Mədəniyyət | 10:04 • 22 Mart 2016
Novruz bayramı - BMT-də

Birləşmiş Millətlər Təşkilatında Novruz bayramı qeyd olunub. Mərasimdə mədəniyyətlər arasında birliyin bərpa olunmasına çağırış edən BMT-nin Baş katibi Pan Gi Mun da təbrik səsləndirib.

XəzərXəbər Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Munun bayram münasibətilə müraciətində deyilir:
“Dünyanın bir çox ölkələrində Novruzu qeyd edən insanlara biz də qoşuluruq, Novruz bayramı qlobal mədəniyyət irsimizin bir parçasıdır”.

BMT-də qeyd olunan Novruz bayramını Türkiyə, Əfqanıstan, Azərbaycan, Hindistan, Iraq, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan ve Özbəkistanın Birləşmiş Millətlər Təşkilatında olan Daimi Nümayəndəlikləri təşkil edib.

Xəbər lenti