Xəzər Xəbər

Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib

Mədəniyyət | 11:16 • 12 Noyabr 2019
Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib

Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.


APA-nın xəbərinə görə, bu barədə REN TV məlumat yayıb.


Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.

Xəbər lenti