Xəzər Xəbər

Moda üzrə tanınmış fotoqraf Peter Lindberq dünyasını dəyişib

Mədəniyyət | 15:00 • 4 Sentyabr 2019
Moda üzrə tanınmış fotoqraf Peter Lindberq dünyasını dəyişib

Moda aləminin görkəmli ustası, almaniyalı fotoqraf Peter Lindberq 74 yaşında dünyasını dəyişib.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, fotoqraf son illər Nyu-Yorkda, Fransanın Paris və Arle şəhərlərində yaşayırdı. O, 1944-cü ildə Polşada doğulub, 1971-ci ildən fotoqrafiyaya maraq göstərərək reklam üçün şəkillər çəkməyə başlayıb.


1978-ci ildə Parisə köçəndən sonra artıq onun beynəlxalq karyerası başlanır. O, bütün diqqətini moda üzərində cəmləyib, Katrin Denev, Madonna, Şeron Stoun, Sindi Krouford, Natalia Vodyanova, Olqa Rodinova kimi məşhur modellərlə işləyib.


P.Lindberqin şəkillərini dəfələrlə "Vogue”, "Rolling Stone” kimi moda jurnalları öz səhifələrində yerləşdiriblər.

Xəbər lenti