Xəzər Xəbər

Salman Mümtazın naməlum əlyazması aşkarlanıb - FOTO

Mədəniyyət | 17:19 • 19 Aprel 2016
Salman Mümtazın naməlum əlyazması aşkarlanıb - FOTO

Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın itmış əsərlərindən biri “100 şair”  kitabı aşkar edilib.

Bu barədə "Xəzər Xəbər"ə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məlumat verilib. 

Qeyd edilib ki, bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi,  fil.ü.f.d. Şəlalə Ana Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”in arxivindəki  materialları  araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar etmış, həmin əlyazma sənədlərinin uzun illərdir itib-batmış  “100 şair”  kitabının parçalanmış hissələri olduğunu aydınlaşdırıb. Müxtəlif qovluqlarda saxlanılan bu qiymətli əlyazmalardan hələlik 50-yə yaxın şairin tərcümeyi-halı və şeirlərindən nümunələri toplayan  tədqiqatçı hal-hazırda onların ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya transfoneliterasiyası ilə məşğuldur.

Xəbər lenti

Çox oxunanlar