Xəzər Xəbər

Mədəniyyət nazirləri 7-ci Qlobal Forumda iştirak edəcəklər

Mədəniyyət | 18:33 • 21 Aprel 2016
Mədəniyyət nazirləri 7-ci Qlobal Forumda iştirak edəcəklər

Aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov iştirak edəcək.

Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Xəbər lenti