Xəzər Xəbər

Yevlaxda törədilən qətlin səbəbi bilindi

Mədəniyyət | 10:05 • 25 Fevral 2019
Yevlaxda törədilən qətlin səbəbi bilindi

Yevlax rayonunda qətl hadisəsi törədilib.


Trend-in məlumatına görə, rayonun Ərəbbəsrə kənd sakini, 1960-cı il təvəllüdlü Qafarov Tahir Bəylər oğlunun meyiti həmin kənddə gözətçi işlədiyi balıqçılıq təsərrüfatındakı daxmanın yaxınlığında kənd sakinləri tərəfindən tapılıb.


Həmin gün Şəki rayonunun Aydınbulaq kəndində yaşayan, 1981-ci il təvəllüdlü Mirzəyev Habil Dövlət oğlu polisə müraciət edərək T.Qafarovu öldürdüyünü bildirib.


H.Mirzəyev bildirib ki, T.Qafarovun ona 1380 manat borcu olub. H.Mirzəyev həmin pulu istəmək üçün T.Qafarovun iş yerinə gəlsə də, sonuncu onun pulunu qaytarmayıb. T.Qafarov onun mərhum həyat yoldaşı ilə qızını söyüb.


Nəticədə H.Mirzəyev özü ilə gətirdiyi ov tüfəngi ilə 2 dəfə atəş açaraq T.Qafarovu qətlə yetirib.


Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti