Xəzər Xəbər

Ötən il İtaliya muzeylərini 50 milyondan çox insan ziyarət edib

Mədəniyyət | 09:59 • 25 Fevral 2019
Ötən il İtaliya muzeylərini 50 milyondan çox insan ziyarət edib

Ötən il İtaliyanın ən çox ziyarət olunan tarixi-mədəni məkanı Kolizey muzeyi olub. Sonrakı yerlərdə Uffiçi qalereyası qərarlaşıb.


AZƏRTAC İtaliyanın "artemagazine.it” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb.


Nazirliyin məlumatına əsasən, keçən il dövlət muzeyləri və arxeoloji məkanları ümumilikdə 55 milyondan çox insan ziyarət edib. 2017-ci illə müqayisədə 5 milyon artım olduğu qeyd edilib.


Ziyarətlərdən əldə edilən ümumi gəlir müqayisədə 35,4 milyon artaraq təxminən 230 milyon avro təşkil edib.

Xəbər lenti