Xəzər Xəbər

Məşhur gülüş ustası Ceremi Hardi vəfat edib

Mədəniyyət | 09:43 • 2 Fevral 2019
Məşhur gülüş ustası Ceremi Hardi vəfat edib

İngiltərənin məşhur gülüş ustası Ceremi Hardi 57 yaşında vəfat edib.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.


Ceremi Hardi bir müddət BBC radiosunda aparıcılıq edib, daha sonra isə "The Guardian” qəzetində məqalələrini çap etdirib. O, 1988-ci ildə Edinburqda Perrier komediya mükafatını qazanıb, 1991-ci ildə isə ən yaxşı gülüş ustası mükafatına layiq görülüb.


Qeyd edək ki, Ceremi Hardi Leyboristlərin 2016-cı ildəki seçki kampaniyasına dəstək üçün mitinqdə çıxış edib.

Xəbər lenti