Xəzər Xəbər

Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb

Mədəniyyət | 13:34 • 21 Yanvar 2019
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ”Divan”ının - lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanılan iki əlyazma nüsxəsinin sürətini əldə edib.


İnstitutdan xezerxeber.az-a bildirilib ki, bu nüsxələrdə şairin "Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı "Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu "Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm "Nəsimi”, həm də "Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri vardır.

Xəbər lenti