Xəzər Xəbər

DTX bu materialları muzeyə hədiyyə etdi - FOTO

Mədəniyyət | 14:06 • 17 Yanvar 2019
DTX bu materialları muzeyə hədiyyə etdi -

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.

DTX-dən verilən məlumata görə, Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.

Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasını zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.

Xəbər lenti