Xəzər Xəbər

Dünya şöhrətli iki aktrisa haqqında serial çəkiləcək

Mədəniyyət | 17:33 • 13 May 2016
Dünya şöhrətli iki aktrisa haqqında serial çəkiləcək

Tanınmış amerikalı kinorejissor Rayan Merfi yeni teleserial hazırlayır.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, “Ədavət” adlı yeni serialda baş rolları dünya şöhrətli aktyorlar Cessika Lenq və Syuzen Sarando ifa edəcək.

Serialın ilk səkkiz mövsümü əfsanəvi aktrisalar Coan Krouford və Bett Devisin ədavətindən bəhs edəcək. “Amerika qorxu hekayəsi”nin ulduzu Cessika Lenq Krouford rolunu, Syuzen Sarandon isə Devis rolunu ifa edəcək.

Layihənin kurasiyasında yer alacaq yaradıcı heyət ilə rejissor özü məşğul olacaq. Serialda prodüser işlərini dünya şöhrətli aktyor Bred Pittin “Plan B” şirkəti öz üzərinə götürüb.

Qeyd edək ki, filmdə digər rolları tanınmış aktyorlar Alfred Molin, Stenli Tuççi, Cudi Devis və Dominik Bercess ifa edəcəklər.

Çəkilişləri payız aylarında start götürəcək serialın premyerası 2017-ci ilə planlaşdırılır.

Xəbər lenti