Xəzər Xəbər

Xabarovskda Azərbaycan mətbəxi təqdim olunub - FOTO

Mədəniyyət | 13:33 • 28 Oktyabr 2018
Xabarovskda Azərbaycan mətbəxi təqdim olunub -

Rusiyanın Xabarovsk şəhərində keçirilən "Sərhədsiz mətbəx” festivalında Azərbaycan təamları təqdim olunub.


AZƏRTAC xəbər verir ki, "Sərhədsiz mətbəx” festivalı Xabarovskda artıq altıncı ildir keçirilir. Festival çərçivəsində Xabarovsk vilayətində yaşayan müxtəlif xalqların milli mətbəx nümunələrinin təqdimat gecələri təşkil olunur.


Bu il Azərbaycan diasporunun keçirdiyi gecədə süfrəyə plov, kükü, dolma, paxlava, şəkərbura və digər nemətlər düzülüb, ustad dərsləri keçirilib. Sonda Azərbaycan milli rəqsləri təqdim olunub.

Xəbər lenti